Azedu.az

Bu nəticə ilə UNEC Azərbaycanda birincidir

AzEdu Təhsil Platforması

17 Noyabr 2026, 16:52
Bu nəticə ilə UNEC Azərbaycanda birincidir

Dünya üzrə 2004 ali təhsil müəssisəsi arasında UNEC 582-ci, Asiya üzrə 850 universitet arasında 150-ci, Qərbi Asiyada isə 193 universitet arasında 31-ci yerə yüksəlib.

AzEdu.az xəbər verir ki, dayanıqlı inkişafın hər üç əsas istiqaməti – İdarəetmə (Governance), Ətraf mühitə təsir (Environmental Impact) və Sosial təsir (Social Impact) üzrə UNEC-in Azərbaycanda birinci olması bu uğuru xüsusilə fərqləndirir.

Məşğulluq və karyera imkanları üzrə 84,2 bal toplanması, ətraf mühit istiqamətində isə nəticənin 57,3 baldan 81 bala yüksəlməsi UNEC-in əmək bazarı ilə əlaqələrinin və ekoloji məsuliyyətinin gücləndiyini göstərir.

Qeyd: QS World University Rankings: Sustainability universitetlərin ekoloji dayanıqlılıq, bərabərlik, sağlamlıq və rifah, təhsilin təsiri, elmi tədqiqatlar və korporativ idarəetmə kimi istiqamətlər üzrə fəaliyyətini 50-dən çox göstərici əsasında qiymətləndirir. Reytinqin əsas məqsədi universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) verdiyi töhfəni və cəmiyyətə göstərdiyi müsbət təsiri müəyyən etməkdir.

Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi
Son xəbərlərDaha çox