2024-cü ildə AzEdu.az tərəfindən “Örnək müəllim” seçilən Leyla Məmmədovanın müəllifi olduğu kitabın V nəşri çapdan çıxıb.
AzEdu.az xəbər verir ki, “Fiziki tərbiyə MİQ və Sertifikasiya – Nəzəriyyə və 5000+ test toplusu” adlı kitab fiziki tərbiyə müəllimlərinin MİQ və sertifikasiya imtahanlarına hazırlığı məqsədilə ərsəyə gətirilib.
10 illik pedaqoji və təlimçilik təcrübəsinə əsaslanan nəşr ARTİ-nin proqramına uyğun hazırlanıb. Kitabda nəzəri materiallar, mövzular üzrə test tapşırıqları, izahlı suallar və sınaq imtahanları yer alıb.
Qeyd edək ki, Leyla Məmmədova 2024-cü ildə AzEdu.az-ın “Örnək müəllim” layihəsi çərçivəsində seçilən pedaqoqlardan biridir.