Azedu.az

Alimlər Ay torpağına bənzər mühitdə kartof yetişdiriblər

AzEdu Təhsil Platforması

22 Noyabr 2026, 10:17
Alimlər Ay torpağına bənzər mühitdə kartof yetişdiriblər

Alimlər gələcəkdə Ayda məskunlaşacaq astronavtların ərzaq təminatı ilə bağlı mühüm addım atıblar. Tədqiqatçılar Ay səthindəki torpağı təqlid edən süni mühitdə kartof yetişdirməyə nail olublar.

AzEdu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ-in Oreqon Dövlət Universitetinin alimləri NASA-nın dəstəyi ilə apardıqları araşdırmada qırmızı qabıqlı və ağ ətli “Modoc” kartof sortundan istifadə ediblər.

Təcrübə zamanı Ay torpağını təqlid edən süni qarışığa soxulcanların üzvi tullantıları parçalamaqla hazırladığı qida maddələri ilə zəngin gübrə əlavə olunub. Müəyyən edilib ki, qarışığın 30 faizini bu gübrə təşkil etdikdə kartofun böyüməsi və məhsuldarlığı Yer torpağında yetişdirilən kartofla müqayisə edilə bilən səviyyəyə çatıb.

Alimlər həmçinin yetişdirilən kartofların qida tərkibində əhəmiyyətli mənfi dəyişiklik aşkar etməyiblər. Bununla belə, məhsulun dadına hələ baxılmayıb.

Tədqiqatın nəticələri gələcəkdə Ayda uzunmüddətli yaşayış məntəqələrinin yaradılması və astronavtların ərzaq ehtiyaclarının yerində qarşılanması baxımından əhəmiyyətli hesab olunur.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox