Sabirabadda qaçırılan qızın və oğlanın yeri məlum olub.
AzEdu.az xəbər verir ki, noyabrın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, 2009-cu il təvəllüdlü oğlan tərəfindən 2011-ci il təvəllüdlü qızın evlənmək məqsədilə qaçırılması ilə bağlı qızın atası polisə müraciət edib.
Polis tərəfindən oğlan və qız kənd ərazisində tapılaraq valideyinlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.