Azedu.az

Bağçalara gedən qızların SAYI- RƏQƏMLƏR

Məktəbəqədər təhsil

21 Noyabr 2026, 10:29
Bağçalara gedən qızların SAYI- RƏQƏMLƏR

2026-cı ildə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində təhsil alan qızların sayı 40 352 nəfər təşkil edib.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2025-ci ildə bu rəqəm 39 368 nəfər olub. Beləliklə, bir il ərzində məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan qızların sayı 984 nəfər artıb.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bağçalara gedən qızların sayı 36 871 nəfər, 2016-cı ildə 39 689 nəfər, 2021-ci ildə isə 43 091 nəfər olub.Məlumatlar göstərir ki, 2021-ci illə müqayisədə 2026-cı ildə məktəbəqədər təhsil müəssisələrində təhsil alan qızların sayı 2 739 nəfər azalıb.

Beləliklə, son bir ildə artım qeydə alınsa da, 2026-cı ilin göstəricisi 2021-ci ilin səviyyəsindən aşağıdır. Statistik göstəricilər son bir ildə məktəbəqədər təhsil müəssisələrinə gedən qızların sayında artım olduğunu göstərir. Bununla belə, 2026-cı ildə qeydə alınan 40 352 nəfərlik göstərici 2021-ci illə müqayisədə hələ də aşağıdır. Bu isə son illərdə müşahidə olunan azalmanın tam aradan qalxmadığını göstərir.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox