Azedu.az

Bağça müəllimlərinin sertifikasiyası - Peşəkarlıqları 4 istiqamət üzrə YOXLANILACAQ

Məktəbəqədər təhsil

4 Noyabr 2026, 10:19
Bağça müəllimlərinin sertifikasiyası - Peşəkarlıqları 4 istiqamət üzrə YOXLANILACAQ

Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin qiymətləndirmə meyarları müəyyənləşdirilib.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, sertifikatlaşdırma zamanı iştirakçıların peşə bilikləri, metodiki hazırlığı, təhlükəsizlik qaydaları, pedaqoji etikası, əməkdaşlıq bacarıqları və özünüinkişaf səviyyəsi yoxlanılacaq.

Qiymətləndirmə cədvəlinə əsasən, sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq. Sualların çətinlik səviyyəsi asan, orta və çətin olmaqla üç qrupa bölünəcək. Test tapşırıqlarının hazırlanmasında Blum taksonomiyasının mərhələləri əsas götürüləcək. Bu mərhələlər xatırlamaq və anlamaq, tətbiq etmək və təhlil etmək, dəyərləndirmək və yaratmaq bacarıqlarını əhatə edir.

İmtahanın əsas istiqamətlərindən biri olan “Məzmun və metodika” bölməsi üzrə ümumi sual sayı 33 müəyyən edilib. Bu bölmədə xatırlamaq və anlamaq üzrə asan sualların sayı 2-5, orta sualların sayı 5-8, çətin sualların sayı isə 1-2 olacaq. Tətbiq etmək və təhlil etmək mərhələsində asan suallar 3-6, orta suallar 10-12, çətin suallar 2-4 aralığında nəzərdə tutulub. Dəyərləndirmək və yaratmaq üzrə isə asan sualların sayı 1-2, orta sualların sayı 3-6, çətin sualların sayı 1-2 arasında dəyişəcək.

“Təhlükəsizlik” bölməsi üzrə ümumilikdə 15 sual təqdim ediləcək. Bu istiqamətdə xatırlamaq və anlamaq bacarıqlarını yoxlayan asan sualların sayı 1-2, orta sualların sayı 2-3, çətin sualların sayı isə 1-2 olacaq. Tətbiq etmək və təhlil etmək üzrə asan suallar 2-4, orta suallar 4-5, çətin suallar 1-2 aralığında müəyyənləşdirilib. Dəyərləndirmək və yaratmaq mərhələsində isə asan sualların sayı 2-3, orta sualların sayı 2-4, çətin sualların sayı 0-1 olacaq.

“Pedaqoji etika və əməkdaşlıq” istiqaməti üzrə ümumi sual sayı 6-dır. Bu bölmədə xatırlamaq və anlamaq üzrə asan sualların sayı 0-1, orta sualların sayı 1-2, çətin sualların sayı isə 0-1 nəzərdə tutulub. Tətbiq etmək və təhlil etmək mərhələsində asan suallar 1-2, orta suallar 1-4, çətin suallar 0-1 aralığında olacaq. Dəyərləndirmək və yaratmaq üzrə isə asan sualların sayı 1-2, orta sualların sayı 0-1, çətin sualların sayı 0-1 təşkil edəcək.

“Özünüinkişaf” bölməsi üzrə də iştirakçılara 6 sual təqdim olunacaq. Xatırlamaq və anlamaq mərhələsində asan sualların sayı 0-1, orta sualların sayı 0-2, çətin sualların sayı isə 0-1 olacaq. Tətbiq etmək və təhlil etmək üzrə asan suallar 1-2, orta suallar 1-4, çətin suallar 0-1 aralığında müəyyənləşdirilib. Dəyərləndirmək və yaratmaq mərhələsində isə asan sualların sayı 1-2, orta sualların sayı 1-2, çətin sualların sayı 0-1 olacaq.

Sənəddə qeyd olunur ki, cədvəldə göstərilən rəqəmlər imtahana daxil ediləcək sualların minimum və maksimum sayını ifadə edir. Məsələn, hər hansı istiqamət üzrə sual sayı 2-4 aralığında göstərilibsə, həmin mövzudan imtahanda minimum 2, maksimum 4 sual təqdim oluna bilər.

Bununla yanaşı, hər imtahan sessiyasında sualların çətinlik dərəcəsinə görə sayı cədvəldə göstərilən aralıqlara uyğun olaraq dəyişə bilər. Beləliklə, iştirakçılar müxtəlif sessiyalarda fərqli sayda asan, orta və çətin suallarla qarşılaşa bilərlər.

Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!
Son xəbərlərDaha çox