Azedu.az

Dövlət dəstəyi ilə seçilmiş bağçalarda tədrisə başlanılıb

Məktəbəqədər təhsil

1 Oktyabr 2026, 16:50
Dövlət dəstəyi ilə seçilmiş bağçalarda tədrisə başlanılıb

Oktyabrın 1-dən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün tədris prosesinə başlanılıb.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

2026-2027-ci tədris ilində məktəbəqədər təhsilin əlçatanlığının artırılması, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması və valideynlər üçün əlavə seçim imkanlarının yaradılması məqsədilə tətbiq olunan yeni maliyyələşmə modeli çərçivəsində 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqə yolu ilə seçilib.

Yeni mexanizmə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində qəbul olunan uşaqların təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən maliyyələşdirilir.

Ramiz Mehdiyevlə bağlı şok açıqlama - Onu məcbur edərək..
Son xəbərlərDaha çox