Azedu.az

Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib

Təhsil Nazirliyi

16 Noyabr 2026, 14:43
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib

Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!
Son xəbərlərDaha çox