Azedu.az

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

AzEdu Təhsil Platforması

16 Noyabr 2026, 13:55
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə AzEdu.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib", - məlumatda qeyd olunub.

Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!
Son xəbərlərDaha çox