Azedu.az

Astronomlar ilk dəfə nəhəng planetin gözdən itdiyini müşahidə ediblər

Maraqlı

16 Noyabr 2026, 11:44
Astronomlar ilk dəfə nəhəng planetin gözdən itdiyini müşahidə ediblər

Astronomlar TOI-2535b adlı nəhəng ekzoplanetin Yerdən müşahidə zamanı gözdən itdiyini müəyyən ediblər. Araşdırmaya görə, planet məhv olmayıb, onun orbitində baş verən dəyişikliklər müşahidə bucağının dəyişməsinə səbəb olub.

AzEdu.az xəbər verir ki, Yerdən təxminən 1100 işıq ili uzaqlıqda yerləşən TOI-2535 ulduzunun ətrafında fırlanan planet “isti Yupiter” sinfinə daxildir. Kütləsi Yupiterlə təxminən eyni olan planet ulduzunun ətrafında bir dövrəni səkkiz gündən bir qədər artıq müddətdə tamamlayır.

Alimlər planetin Saturn ölçüsündə ehtimal olunan başqa bir göy cismi ilə qarşılıqlı cazibə təsirində olduğunu müəyyən ediblər. Bu təsir nəticəsində hər iki planetin orbitində 30-50 il davam edən yırğalanmalar baş verir.

Tədqiqatçılar bildirirlər ki, planet qarşıdakı onilliklərdə yenidən müşahidə sahəsinə daxil ola bilər. Onun gizli qardaş planetinin də aşkarlanması ehtimal olunur.

Alimlərin apardığı kompüter modelləşdirməsi göstərib ki, planetlər arasındakı orbital rezonans sistemi sabit saxlayır və onların bir-birini məhv etməsinin qarşısını alır.

Qeyd edək ki, araşdırmanın nəticələri “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.

Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!
Son xəbərlərDaha çox