Azedu.az

Süni intellekt peşələrin formasını dəyişəcək - Nazir müavini

AzEdu Təhsil Platforması

16 Noyabr 2026, 11:01
Süni intellekt peşələrin formasını dəyişəcək - Nazir müavini

Süni intellekt bəzi təkrarlanan işləri avtomatlaşdıracaq və peşələrin formasını dəyişəcək.

AzEdu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov “Milli Məşğulluq Forumu”nda deyib.

Nazir müavini bildirib ki, rəqəmsallaşma əmək bazarının tələblərini sürətlə dəyişir. Bu baxımdan əsas məqsəd insanları texnologiya ilə rəqabətə deyil, onunla birlikdə işləməyə hazırlamaqdır:

“Süni intellekt bəzi təkrarlanan işləri avtomatlaşdıracaq və peşələrin formasını dəyişəcək. Burada əsas məqsəd insanları texnologiya ilə rəqabətə yönləndirmək deyil, texnologiya ilə birlikdə işləməyə sövq etməkdir”.

C.Qurbanov Azərbaycanın rəqəmsal məhsul və xidmətlər yaradan, beynəlxalq bazarlarda rəqabət aparan ölkə kimi inkişafının hədəfləndiyini vurğulayıb:

“Burada əsas vəzifəmiz vətəndaşların yaradılan imkanlardan istifadəsinə imkan yaratmaqdır. Gəncləri əmək bazarına uyğun hazırlamaq da növbəti hədəflərimizdəndir”.

Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!
Son xəbərlərDaha çox