Azedu.az

20 Somali vətəndaşı Azərbaycanda oxuyacaq

Təhsil Nazirliyi

27 Oktyabr 2026, 14:37
20 Somali vətəndaşı Azərbaycanda oxuyacaq

2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində bakalavriat, magistratura və rezidentura üzrə təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial elmlər, təbiət elmləri, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı, eləcə də rezidentura üzrə müvafiq ixtisasları əhatə edəcək.

Qeyd edək ki, tələbələrin təhsili “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçiriləcək.

Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...
Son xəbərlərDaha çox