Azedu.az

Dövlət məktəblərində şagird başına düşən illik təhsil xərcləri təsdiqlənib

Orta təhsil

26 Oktyabr 2026, 19:59
Dövlət məktəblərində şagird başına düşən illik təhsil xərcləri təsdiqlənib

Dövlət məktəblərində şagird başına düşən illik təhsil xərcləri təsdiqlənib.

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiq edib.

Qərara əsasən, ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı, eləcə də dövlət büdcəsindən maliyyələşdirmə qaydaları müəyyənləşdirilib.

Sənəddə, həmçinin ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinə artım əmsalının tətbiqi qaydaları təsdiqlənib.

Ətraflı: //tinyurl.com/e2thar72

GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?
Son xəbərlərDaha çox