Azərbaycanda elmi tədqiqatlarla məşğul olan 30 yaşadək gənclərin sayı 2025-ci ildə 1257 nəfər təşkil edib. Bu göstərici 2024-cü ildə 1818 nəfər olub.
AzEdu.az-ın Dövlət Statistika Komitəindən əldə etdiyi məlumata əsasən, 2025-ci ildə ölkədə tədqiqat və işləmələri həyata keçirən təşkilatların sayı 127 olub. 2024-cü ildə bu göstərici 130 təşkilat təşkil edib.
Elmi tədqiqat müəssisələrində çalışan tədqiqatçıların ümumi sayı isə 2025-ci ildə 14 296 nəfərə çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 14 005 nəfər olub.
Məlumatlara görə, 30 yaşadək gənclərin tədqiqatçıların ümumi sayındakı payı da azalıb. Belə ki, 2024-cü ildə bu göstərici 13 faiz olduğu halda, 2025-ci ildə 8,8 faizə enib.
Nəticə olaraq, statistik göstəricilər Azərbaycanda gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması ilə bağlı müəyyən azalma olduğunu göstərir. 2025-ci ildə 30 yaşadək tədqiqatçıların sayı əvvəlki illə müqayisədə 561 nəfər azalıb, onların ümumi tədqiqatçılar arasındakı payı isə 13 faizdən 8,8 faizə düşüb. Eyni zamanda, tədqiqatçıların ümumi sayında artım qeydə alınıb.