Məktəbəqədər təhsil müəssisələri uşaqların erkən yaş dövründə təhsil və inkişafının təmin olunmasında mühüm rol oynayır.
Maraqlıdır, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində neçə bağça fəaliyyət göstərir?
AzEdu.az mövzu ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğuya cavab olaraq bildirilib ki, Dağlıq Şirvan iqtisadi rayonunda ümumilikdə 48 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:
"Belə ki, Şamaxı rayonunda 21, İsmayıllı rayonunda 11, Ağsu rayonunda 9, Qobustan rayonunda isə 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir".