Azedu.az

Tikinti müəssisələrinin innovativ inkişafı müzakirə olunub

Ali təhsil

13 Noyabr 2026, 17:34
Tikinti müəssisələrinin innovativ inkişafı müzakirə olunub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasında tikinti müəssisələrinin fəaliyyətinin planlaşdırılması və innovasiya-investisiya yönümlü inkişafına həsr edilmiş seminar keçirilib. 

AzEdu.az xəbər verir ki, seminarda dosent əvəzi, iqtisad üzrə fəlsəfə doktoru Fərahim Vəliyev tikinti sektorunda strateji və taktiki planlaşdırma, investisiya layihələri, maliyyə idarəetməsi və resurslardan səmərəli istifadə mövzusunda geniş məruzə ilə çıxış edib.

Tədbirdə BIM texnologiyaları, rəqəmsal idarəetmə sistemləri və enerjiyə qənaət edən həllərin tikinti sektorunda tətbiqi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma proseslərində innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində Fərahim Vəliyevin müəllifi olduğu “Tikinti müəssisəsinin fəaliyyətinin planlaşdırılması” adlı dərs vəsaiti təqdim edilib. Nəşrdə tikinti müəssisələrinin idarə olunması, biznes-planların hazırlanması, logistika, büdcələşdirmə və istehsal proseslərinin təşkili kimi mövzular əhatə olunub.

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox