Azedu.az

LDU-da Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Ali təhsil

12 Noyabr 2026, 18:14
LDU-da Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. 

AzEdu.az xəbər verir ki, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan LDU-nun tədris məsələləri üzrə prorektoru, dosent Zaur Məmmədov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamızın müstəqil dövlət quruculuğundakı rolundan bəhs edib.

Daha sonra mövzu ətrafında elmi məruzələr dinlənilib. Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Kamal Mahmudov “Konstitusiya – müstəqilliyimizin və dövlətçiliyimizin hüquqi təminatıdır” mövzusunda çıxış edərək Əsas Qanunun qəbul edilməsinin tarixi zərurəti və dövlətçilik ənənələrimizin möhkəmlənməsindəki əhəmiyyətini diqqətə çatdırıb.

Kafedranın dosenti Emin Məlikov isə “Konstitusiyada insan hüquq və azadlıqlarının qorunması” mövzusunda məruzə ilə çıxış edib. O, Konstitusiyamızın ali məqsədinin insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi olduğunu vurğulayaraq bu istiqamətdə həyata keçirilən hüquqi islahatlar barədə ətraflı məlumat verib.

Tədbir mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Müəllimlərin sertifikasiyası nə ilə əvəzlənə bilər?
Son xəbərlərDaha çox