Azedu.az

Rektor: “Təhsil haqqında” qanuna dəyişiklik edilməlidir

Ali təhsil

12 Noyabr 2026, 11:57
Rektor: “Təhsil haqqında” qanuna dəyişiklik edilməlidir

""Təhsil haqqında” qanunda müəyyən dəyişikliklərin edilməsi zəruridir”.

Bu fikirləri Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nurəli Yusifbəyli AzEdu.az-a verdiyi geniş müsahibəsində səsləndirib.

Rektor müsahibə zamanı ali təhsil sistemində baş verən dəyişikliklərə, universitetlərin inkişaf perspektivlərinə və müasir dövrün tələblərinə toxunub. O, “Təhsil haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsini zəruri hesab etdiyini vurğulayıb.

Nurəli Yusifbəyli universitetlərin qarşısında duran yeni vəzifələr, təhsil və elmin inkişafı, eləcə də ali təhsil müəssisələrinin fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması məsələlərinin əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, rektor müsahibəsində SDU-nun 2026-2030-cu illər üzrə strateji inkişaf planı, yeni ixtisasların açılması, rəqəmsallaşma, elmi tədqiqatlar və əmək bazarının tələbləri ilə bağlı da fikirlərini bölüşüb.

 

Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?
Son xəbərlərDaha çox