Azedu.az

İtaliyada bomba xəbərdarlığına görə 300-dən çox məktəb təxliyə edilib

Hadisə

11 Noyabr 2026, 15:13
İtaliyada bomba xəbərdarlığına görə 300-dən çox məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə daxil olan bomba hədələri səbəbindən 300-ə yaxın məktəb təxliyə edilib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 11-də ölkənin müxtəlif şəhərlərindəki təhsil müəssisələrinə eyni məzmunlu hədə mesajı göndərilib.

İtaliyanın təhsil naziri Cüzeppe Valditara La7 telekanalına açıqlamasında 300 məktəbin hadisədən təsirləndiyini, bu sayın arta biləcəyini bildirib.

Hədə mesajlarını alan məktəblərdə şagirdlər və əməkdaşlar təhlükəsiz ərazilərə köçürülüb. Romadakı məktəblərdən biri valideynlərə göndərdiyi məlumatda bütün şagirdlərin təhlükəsiz əraziyə aparıldığını və müəllimlərin nəzarəti altında olduqlarını bildirib.

Hazırda İtaliya polisi hadisə ilə bağlı araşdırma aparır. 

İrandan növbəti HƏYASIZLIQ - Bakıya qarşı təxribat!
Son xəbərlərDaha çox