Azedu.az

Bu universitetdə müəllimlərin maaşı 2-3 dəfə arta bilər

AzEdu Təhsil Platforması

11 Noyabr 2026, 13:05
Bu universitetdə müəllimlərin maaşı 2-3 dəfə arta bilər

Sumqayıt Dövlət Universitetində (SDU) yüksək nəticə göstərən müəllimlərin əməkhaqqının baza məbləğindən 2-3 dəfə artıq olması mümkündür.

AzEdu.az xəbər verir ki, bunu universitetin rektoru Nurəli Yusifbəyli portalımıza verdiyi geniş müsahibəsində bildirib.

Rektorun sözlərinə görə, SDU-da sentyabr ayından etibarən diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Yeni model müəllimlərin fəaliyyətinin nəticələrinə uyğun olaraq onların gəlirlərinin artırılmasını nəzərdə tutur.

O qeyd edib ki, əməkhaqqının müəyyənləşdirilməsi zamanı müəllimin elmi adı və dərəcəsi, dosent və ya professor statusu, elmi-metodiki fəaliyyəti, Scopus və Web of Science bazalarında dərc olunan məqalələri, eləcə də tələbələrin müəllimdən məmnunluq səviyyəsi nəzərə alınır.

Nurəli Yusifbəylinin sözlərinə görə, tədris fəaliyyəti yüksək qiymətləndirilən müəllim əməkhaqqına əlavə 2 faiz də ala bilər.

Rektor vurğulayıb ki, sistem tam şəkildə tətbiq olunduqdan sonra müəllimlərin fəaliyyət nəticələrinə uyğun olaraq daha geniş əməkhaqqı imkanları yaranacaq:

"Müəllimin nəticələri nə qədər yüksək olarsa, bu, onun əməkhaqqında da öz əksini tapacaq. Hətta müəyyən hallarda müəllim təsdiq edilmiş baza əməkhaqqından 2–3 dəfə artıq məbləğ əldə edə bilər".

O bildirib ki, diferensial əməkhaqqı sisteminin əsas məqsədi müəllimlərin əməyini obyektiv meyarlarla qiymətləndirmək, yüksək nəticə göstərən əməkdaşları stimullaşdırmaq və universitetdə sağlam rəqabət mühiti yaratmaqdır.

TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!
Son xəbərlərDaha çox