Azedu.az

Şəki-Zaqatala regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib

Şəki-Zaqatala

11 Noyabr 2026, 11:47
Şəki-Zaqatala regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib

Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Şəki-Zaqatala regionunda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, noyabrın 5-də baş tutan tədbir Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təhsil işçilərinin məlumatlılığının artırılması, etik davranış prinsiplərinin təşviqi və korrupsiyaya qarşı davranışın formalaşdırılması məqsədilə təşkil olunub.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və Şəki rayon prokuroru Anar Nəsibov iştirak edib.

Çıxışlar zamanı Milli Fəaliyyət Planının korrupsiyaya qarşı mübarizədə strateji əhəmiyyəti, məqsəd və hədəfləri, icrasından əldə olunan müsbət nəticələr, eləcə də Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluq arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin nazirlik tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticələri, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, dürüstlük və şəffaflıq prinsiplərinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib.

Təlim çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, idarənin böyük prokuroru Ziya Hacıyev, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə tərəfindən korrupsiyanın mahiyyəti və cəmiyyətə təsiri, təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti və preventiv mexanizmlərin rolu diqqətə çatdırılıb. Həmçinin dövlət qulluqçularının etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması imkanları barədə məsələlərə toxunulub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!
Son xəbərlərDaha çox