Təhsilalanlar üçün vahid geyim tələbinin tətbiqi məktəblilərdə kollektivə aidlik və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.
AzEdu.az xəbər verir ki, bunu Şəki rayon Nurpaşa Hümmətov adına Oxud kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Alxasova bildirib.
Onun sözlərinə görə, məktəblər cəmiyyətin gələcəyini formalaşdırmaqla yanaşı, uşaqları və gəncləri birgə yaşamağa da hazırlayır. Məktəbin missiyası yalnız bilik ötürməklə məhdudlaşmır.
Müəllim vurğulayıb ki, vahid geyim tələbləri şagirdlər arasında sosial-iqtisadi fərqlərin təsirini azaltmağa və ayrı-seçkilik risklərinin qarşısını almağa imkan yaradır.