Azedu.az

Qiyabi forma niyə  distant təhsillə əvəzlənməlidir? - SƏBƏBLƏR

AzEdu Təhsil Analitika Mərkəzi

10 Oktyabr 2026, 16:34
Qiyabi forma niyə  distant təhsillə əvəzlənməlidir? - SƏBƏBLƏR

Distant təhsil bazarının son bir  neçə ildə dünya üzrə bu cür sürətlə yayılmasının iki əsas səbəbi vardır: təhlükəsizlik və rahatlıq. 2019-cu ildə başlayan, 2020-ci ildə isə özünün pik səviyyəsinə çatan COVID-19 pandemiyası səbəbindən məcburi tədris forması kimi tətbiq edilsə də, sonradan bir çox üstünlüklərinə görə distant forma gələcəyin əsas təhsili kimi qəbul edildi.

Təsadüfi deyil ki, pandemiyadan sonra da  istifadəçilər rahatlıq və çeviklik üçün getdikcə daha çox onlayn təhsilə müraciət etdilər və bu temp ildən-ilə də artmaqdadır.  Distant təhsil ənənəvi fərdi, eləcə də qiyabi formada təşkil olunan dərslərdə  iştirak etmək üçün vaxtı və ya resursları olmayan, işləyən peşəkarlar və məşğul cədvəli olan şəxslər üçün cəlbediciliyini daha da artmırmış oldu. Bundan əlavə, onlayn təhsil yerli olaraq mövcud olmayan geniş kurs və proqramlara çıxışı təmin etmiş oldu. Bu amillər artıq özünün formallığı ilə seçilən qiyabi təhsil forması ilə müqayisədə distant təhsilin nə dərəcədə daha faydalı olduğunu bir daha üzə çıxardı.

Son zamana, xüsusən də 2000-ci illərin əvvəllərinə qədər  distant təhsil, qiyabi təhsil, açıq təhsil və başqa bu kimi anlayışlar arasında heç bir fərq qoyulmurdu, ayrıca tədris forması kimi qəbul edilmirdi. Lakin indiki zamanda (xüsusən də pandemiyadan sonra) distant təhsil öz vacibliyini və lazımlı olduğunu sübut edib. Təhsil cəmiyyətində distant təhsilin böyük perspektivlərinin olduğu başa düşülür.

Hazırda distant təhsilin tədqiqatçiları və praktik baxımdan araşdırıcıları tərəfindən onun aşağıdakı əsas tərifləri, əsas anlayışları verilmişdir.

Müəllim və tələbənin eyni məkanda olmadan təhsilalma sistemi Distant təhsil adlanır. Bu təhsil sisteminindən yararlanmağa inkişaf etmiş informasiya və telekommunikasiya texnologiyaları imkan verir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox insanlar yaşının çox olması, ailə öhdəlikləri, fiziki durumunun məhdud olması, işləmək məcburiyyətində olması və bir çox səbəblərdən təhsil ala bilmirlər. Distant təhsil belə insanlar üçün geniş imkanlar açır, eyni zamanda xarici ölkələrin ali təhsil ocaqlarında təhsil alma imkanı verir.

Distant təhsil informasiya texnologiyalarının geniş istifadəsinə əsaslanan tədris formasıdır.

Burada həm də tədris materiallarının çatdırılması, bu materialların müstəqil mənimsənilməsi, təhsil alan və tədris edən arasında dialoq mübadiləsi və proseslərin zaman–məkan sərbəstliyi nəzərdə tutulur.

Distant təhsil interaktivliyi nəzərdə tutan spesifik internet texnologiyaları və digər ləvazimatlar vasitəsi ilə reallaşan müəllim və tələbə, eyni zamanda tələbələrin kontaktı, özaralarında, böyük distansiyada baş verən və bütün dərs komponentlərini (məqsəd, təqdimat, metodlar, təşkilat formaları, tədris vasitələri və s.) özündə cəmləyən tədris formasıdır.

Distant təhsil müəllim və tələbənin müxtəlif fiziki məkanlarda olduğu zaman məsafədən idarə edilən tədris texnologiyasıdır. Əvvəllər distant təhsil qiyabi təhsil mənasını daşıyırdı. Lakin hal-hazırda bu təhsil metodikası Keys-, TV-, Şəbəkə- texnologiyalarından istifadə edir

Distant təhsilin qiyabi formada təhsildən fərqi odur ki, materialın böyük hissəsinin mənimsənilməsi müstəqil yox, müəllimlə mütəmadi olaraq ünsiyyət nəticəsində alınır (internet və telefon vasitəsi ilə konsultasiyalar, online rejim də leksiya və seminarlar). Eyni zamanda distant təhsilin qiyabi formada təhsildən fərqinə aşağıdakıları əlavə etmək olar:

-daimi olaraq müəllimlə (tütorla) kontakt yaratmaq, yaranan sualları onunla telekommunikasiya rabitə vasitələri ilə operativ müzakirə etmək imkanı;

-diskussiyaları təşkil etmək, kursun təlimi və ya istənilən zaman birlikdə qrup şəklində layihə işləmək imkanı. Bu məqamda tələbələr müəllim ilə (tütorla)  elekommunikasiya rabitə vasitələri ilə kontakt yarada bilirlər;

-nəzəri materialların çap və ya rəqəmsal versiyalarının elektron daşıyıcılar vasitəsi ilə çatdırılma imkanı. Tələbə təhsil müəssisəsinə fiziki gəlməkdən azad olur.

İllərdir Azərbaycanda mövcud olan qiyabi təhsil sisteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və, nəhayət, ali təhsil müəssisələrimiz buna hazırdırmı? Bu yöndə fikirlər müxtəlifdi

 

 

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox