Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsinə kimin təyin olunacağı məsələsi maraq doğurur.
Yeni sədr təyin edilənədək bu vəzifənin icrası kimə həvalə olunacaq?
DİM-dən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının həvalə edilməsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən olunur.
Qeyd edək ki, Məleykə Abbaszadə 19 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.