Azedu.az

Davaya görə heç kim universitetdən qovulmayıb

AzEdu Təhsil Platforması

23 Noyabr 2026, 20:45
Davaya görə heç kim universitetdən qovulmayıb

Qarabağ Universiteti tələbələr arasında baş verən dava ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Universitetdən AzEdu.az-a verilən məlumatda qeyd olunub ki, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib:

"Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib. Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.

Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur".

Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox