Azedu.az

Bağça müəllimlərinin sertifikasiya nəticələri AŞAĞI olacaq 

Sertifikasiya

23 Noyabr 2026, 13:45
Bağça müəllimlərinin sertifikasiya nəticələri AŞAĞI olacaq 

"Bağça müəllimlərinin sertifikasiya imtahanlarının nəticələri ibtidai sinif müəllimlərinin nəticələrindən daha aşağı olacaq".

Bu fikirləri “AzEdu Podkast”a açıqlamasında təhsil tədqiqatçısı Elmin Nuri səsləndirib.

193480

"Sertifikasiyanın ilk mərhələsinin əsas məqsədi tədris prosesinə kifayət qədər hazır olmayan müəllimləri üzə çıxarmaq və mövcud boşluqları müəyyənləşdirmək idi. 2021-2026-cı illəri əhatə edən ilk beşillik mərhələ bu baxımdan öz məqsədinə çatdı.

Sertifikasiya zamanı təkcə ibtidai sinif müəllimləri deyil, digər fənlər üzrə də bilik səviyyəsi aşağı olan pedaqoqlar müəyyənləşdirildi. İmtahan verildikdə güclü, orta və zəif müəllimlər bəlli olur. Söhbət minimum tələbləri belə yerinə yetirməkdə çətinlik çəkən müəllimlərdən gedir.

Məktəbəqədər təhsil müəssisələrində də eyni mənzərə ilə qarşılaşmaq mümkündür. Hətta bağça müəllimlərinin nəticələrinin ibtidai sinif müəllimlərinin göstəricilərindən də aşağı olacağını ehtimal edirəm".

Məktəbəqədər təhsil diqqətdən kənarda qalıb, boşluqlar daha qabarıq üzə çıxacaq:

"Məktəb səviyyəsində müəllimlərin hazırlığı üçün daha intensiv iş aparılıb. Amma məktəbəqədər təhsil müəyyən mənada diqqətdən kənarda qalan sahədir. Buna görə də buradakı boşluqlar daha qabarıq şəkildə üzə çıxa bilər.

Bağça müəllimlərinin özünü inkişaf etdirməsi üçün hansı proqramlar var? Onların peşəkar hazırlığı istiqamətində hansı işlər görülür? Bu məsələlər də mütləq araşdırılmalıdır.

Kaş ki, bütün müəllimlərimiz savadlı, bilikli olsunlar və mən yanılım. Amma mövcud vəziyyət bunu deməyə əsas vermir”.

Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox