Azedu.az

Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA

Orta təhsil

23 Noyabr 2026, 09:14
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA

Azərbaycanda kənd yerlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələri, həmçinin, orada təhsil alan şagird və çalışan müəllimlərin sayı azalıb.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2025-2026-cı tədris ilində kənd yerlərində ümumilikdə 2 971 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib. Bu müəssisələrdən 180-i ibtidai, 661-i ümumi orta, 2 130-u isə tam orta məktəbdir. Bundan əlavə, kənd yerlərində ümumilikdə 2 lisey və 1 gimnaziya fəaliyyət göstərir.

Statistik göstəricilərə əsasən, kənd yerlərindəki ümumi təhsil müəssisələrinin sayı əvvəlki tədris ili ilə müqayisədə 125 ədəd azalıb. Belə ki, 2024-2025-ci tədris ilində bu göstərici 3 096 olub. 

Məcmuədə əks olunan məlumatlara görə, 2025-2026-cı tədris ilində kənd yerlərində ümumi təhsil alanların sayı 577 860 nəfər təşkil edib. Onlardan 270 756-sı qızlardır. Şagirdlərin 3 408-i ibtidai, 50 686-sı ümumi orta, 523 766-sı isə tam orta məktəblərin payına düşür.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində kənd yerlərində təhsil alanların sayı 596 664 nəfər olub. Beləliklə, bir il ərzində şagirdlərin sayında 18 804 nəfərlik azalma qeydə alınıb.

Digər tərəfdən, kənd yerlərində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayında da azalma müşahidə olunur. Belə ki, 2025-2026-cı tədris ilində müəllimlərin sayı 66 333 nəfər olub. Halbuki 2024-2025-ci tədris ilində bu rəqəm 68 222, 2010-2011-ci tədris ilində isə 84 154 nəfər təşkil edib.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, kənd yerlərində şagird və müəllim sayının kəskin azalması gələcəkdə məktəb sayının da azalmasına səbəb olacaqdır. Dünya təcrübəsində analoji hallar zamanı əsasən modul tipli məktəb və ailə-məktəb modelinin tətbiqinə daha çox üstünlük verilir. 

Rusiyada böhran BAŞLADI - Əhali küçələrə axışır
Son xəbərlərDaha çox