Azedu.az

Azərbaycan Prezidenti: İtaliya ilə əlaqələrimiz təhsil sahəsini də əhatə edir

AzEdu Təhsil Platforması

23 Noyabr 2026, 13:23
Azərbaycan Prezidenti: İtaliya ilə əlaqələrimiz təhsil sahəsini də əhatə edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi.

Dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladı.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə etdi.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humani

Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox