Azedu.az

AzMİU müəllimi beynəlxalq elmi-tədqiqat proqramının qrantını qazanıb

Ali təhsil

23 Noyabr 2026, 14:24
AzMİU müəllimi beynəlxalq elmi-tədqiqat proqramının qrantını qazanıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və kimya kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyevanın rəhbərlik etdiyi layihə Şanxay Elm və Texnologiya Komissiyasının proqramı “Shanghai Sci-tech Co-research Program) çərçivəsində qrant qazanıb.

Bu barədə AzEdu.az-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, proqram Şanxayda fəaliyyət göstərən təşkilatlarla xarici gənc alimlər arasında beynəlxalq elmi əməkdaşlığın və birgə tədqiqatların inkişafını dəstəkləyir. 2026–2028-ci illəri əhatə edən layihə Çinin “Feishu (Shanghai) Technology Co., Ltd.” şirkəti ilə birgə həyata keçiriləcək. Tədqiqatın əsas məqsədi yumşaq robototexnika üçün innovativ sensor materiallarının hazırlanmasıdır. AzMİU layihədə akademik tərəfdaş kimi iştirak edəcək.

Qeyd edək ki, Rəna Xankişiyeva noyabr ayında Şanxayda keçirilən 24-cü Beynəlxalq Peşəkarlar Mübadiləsi Konfransında (CIEP 2026) da iştirak edib. O, konfransda Xəzər dənizində plastik çirklənmə probleminə həsr olunmuş elmi məruzə ilə çıxış edib. Tədbir çərçivəsində 2020-ci il Stokholm Su Mükafatı laureatı, professor John Cherry ilə görüşərək gələcək elmi əməkdaşlıq perspektirlərini müzakirə edib.

İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox