Azedu.az

Doktoranturaya qəbulda dil baryeri - Ölkələr üzrə fərqli TƏLƏBLƏR

Doktorantura

23 Noyabr 2026, 17:39
Doktoranturaya qəbulda dil baryeri - Ölkələr üzrə fərqli TƏLƏBLƏR

Bir çox ölkədə doktorantura və dissertanturaya qəbul zamanı təşkil olunan  xarici dil fənni üzrə imtahanlar özünün spesifikliyi ilə seçilir. Təhsil səviyyələri üzrə xarici dil fənni imtahanları mərkəzləşdirilmiş qaydada deyil,  universitetlərin öz daxili tələbləri əsasında həyata keçirilir. Məsələn, ABŞ-də doktorantura və dissertantura səviyyələri üzrə qəbulda xarici dil predmeti üzrə ayrıca imtahanlar təşkil olunmur.

AzEdu.az xəbər verir ki, namizədlər TOEFL və GRE sertifikatları vasitəsilə səviyyənin əsas tələblərindən olan xarici dil mərhələsini adlaya bilər. Müraciətçi  TOEFL beynəlxalq dil sertifikatını əldə etmək üçün  80-100,İELTS üçün isə 6,5-7,5 bal aralığında nəticə əldə etməlidir. Lakin bu qayda daha çox ölkəyə xaricdən gələn tələbələr üçün keçərlidir. ABŞ-də təhsil alan, ümumiyyətlə, bakalavr və magistr təhsili ingilis dilində olan şəxslər üçün isə bu tələb məcburi hesab edilmir.

Böyük Britaniyada da həmçinin, PHD səviyyəsinə qəbul üçün xarici dil predmeti üzrə ayrı imtahanlar keçirilmir. Burada da IELTS Academic, TOEFL İBT və ya PTE Academic kimi beynəlxalq imtahan platformalarından qazanılan nəticələr  yetərli hesab olunur. İELTS göstəriciləri isə qətiyyən 6,5 balda aşağı olmamalıdır.

Ümumiyyətlə, Avropanın bir ölkələrində, həmçinin, ABŞ, Çin, Yaponiya kimi dövlətlərdə PHD (doktorantura) səviyyəsi üzrə imtahanların xarici dil mərhələsi hər hansı klassik imtahan modeli ilə deyil, adıçəkilən beynəlxalq proqramların sertifikatları vasitəsilə həyata keçmiş olur.

Almaniyada doktorant olmaq istəyən namizədlər TestDaF və ya DSH, eləcə də IELTS və  TOEFL proqramlarına müraciət edib tələb edilən nəticəni qazanmalıdırlar. Göstərilən ilk iki proqram doktoranturanı alman dilində oxumaq istəyənlər üçün, digər ikisi isə PHD təhsilini ingilis dilində tədrisini davam etdirmək üçün nəzərdə tutulub.

Həmçinin, uzaq Yaponiya və Çin universitetlərində də doktorantura səviyyəsi üzrə təhsil almaq xarici dil səviyyəsi üzrə qiymətləndirmə mərhələsini xüsusi imtahanla deyil,   TOEFL və IELTS sertifikatlarını əldə etməklə də mümkündür.

Fransada isə adıçəkilən iki ən məşhur beynəlxalq proqramla yanaşı, özlərinə məxsus olan DELF və DALF imtahan proqramlarının da minimal şərtlərini ödəmək tələb olunur.

Türkiyə Cümhuriyyətində PHD səviyyəsi üzrə təhsilin xarici dil imtahanı mərhələsini adlamaq istəyən namizədin bir yox, bir neçə seçim şansı var.

Burada xarici dil imtahanları əsasən doktoranturaya qəbul üçün ilkin şərtdir, bəzən isə dissertasiya mərhələsinə keçmək üçün ayrıca imtahan kimi də tətbiq olunur.  Türkiyədə doktoranturaya qəbul üçün namizədlərin YÖK (Yükseköğretim Kurulu) tərəfindən qəbul edilən bir xarici dil imtahanından ən az 55 bal (və ya bərabər bir beynəlxalq nəticə) toplaması tələb olunur. Türkiyə universitetləri PHD səviyyəsi üzrə təhsilin xarici dil imtahanı mərhələsinin keçərliliyini təmin etmək aşağıdakı beynəlxalq imtahan proqramlarının diplomlarını etibarlı hesab edir:

-YDS – Qardaş ölkənin ali təhsil müəssisələrində doktorant adını almaq istəyənlər üçün xarici dil predmeti üzrə ən çox müraciət edilən imtahan proqramıdır. Əsasən xarici ölkə tələbələri üçün nəzərdə tutulub. Minimal bal tələbi 55-dir;

-YÖKDİL-Sırf elmi-texniki istiqamətlər üçün nəzərdə tutulan akademik ingilis dili proqramıdır. Əsasən tibb, texnika profilli ixtisaslar üçün nəzərdə tutulub;

-TOEFL İBT və IELTS – Avropa ölkələrində olduğu kimi burada da adıçəkilən proqramlarla bağlı tələblər Türkiyə universitetlərində də keçərlidir.

Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox