Azedu.az

SABAH doktorantlarına ikiqat təqaüd veriləcək 

Doktorantura

26 May 2026, 10:42
SABAH doktorantlarına ikiqat təqaüd veriləcək 

“SABAH proqramı çərçivəsində doktoranturaya qəbulun yalnız dövlət sifarişi hesabına və əyani təhsil forması üzrə aparılması nəzərdə tutulur”.

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman söyləyib.

Turxan Süleyman bildirib ki, əyani təhsil forması üzrə doktorantlara dövlət tərəfindən təqaüdün verilməsi nəzərdə tutulub:

“SABAH proqramı çərçivəsində ilk dəfə olaraq, bundan əlavə, yüksək məbləğdə SABAH təqaüdünün verilməsi və eyni zamanda həmin doktorantların qəbul olduqları ali təhsil müəssisəsində elmi-pedaqoji fəaliyyətə rəsmi şəkildə cəlbi nəzərdə tutulub və nəticə etibarilə hər bir doktorant həm dövlət təqaüdü, bundan əlavə, yüksək məbləğdə SABAH təqaüdü alacaq, eyni zamanda əmək fəaliyyəti ilə məşğul olacaq”.

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox