Azedu.az

IELTS imtahanında iştirak etmək üçün qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi

11 Noyabr 2026, 11:12
IELTS imtahanında iştirak etmək üçün qeydiyyat davam edir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi rəsmi olaraq IELTS qeydiyyat mərkəzi (Registration Centre) kimi fəaliyyət göstərir. Qeydiyyat mərkəzi (registration center) IELTS imtahanlarının keçirilməsi üçün “British Council” tərəfindən müəyyən edilmiş və müvafiq tələblərə cavab verən rəsmi imtahan məkanıdır.

AzEdu.az xəbər verir ki, DİM IELTS imtahanlarının keçirilməsi üçün müvafiq infrastruktur və imtahan şəraiti təmin edir.

DİM-də IELTS imtahanı 19 noyabr 2026-cı il tarixində mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50) keçiriləcəkdir.

DİM-də keçiriləcək imtahanda iştirak etmək istəyən şəxslər 14 noyabr 2026-cı il tarixinədək ilkin müraciətlərini edə bilərlər.

İlkin müraciət üçün hiperkeçiddən  istifadə etmək lazımdır: IELTS imtahanında iştirak üçün ilkin müraciət forması

İlkin müraciət zamanı iştirakçıdan ad, soyad, əlaqə məlumatları və imtahanla bağlı zəruri məlumatların təqdim edilməsi tələb olunur. Müraciət qəbul edildikdən sonra iştirakçı üçün IELTS portalında müvafiq hesab yaradılacaq və ödənişin həyata keçirilməsi üçün hesaba giriş imkanı təqdim ediləcək.

Qeyd: IELTS imtahanında iştirak etmək üçün qeydiyyat və ödəniş prosesi (575 AZN) IELTS portalı üzərindən həyata keçirilir. DİM yalnız rəsmi qediyyat mərkəzi (registration center) qismində çıxış edir.

Qeydiyyat prosesi və imtahanla bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!
Son xəbərlərDaha çox