Azedu.az

Naxçıvanda 4500-dən çox şagird monitorinqə cəlb olunacaq

Şagirdlər

11 Noyabr 2026, 11:39
Naxçıvanda 4500-dən çox şagird monitorinqə cəlb olunacaq

Naxçıvan Muxtar Respublikasında IX sinif şagirdləri üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçiriləcək.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, monitorinq 22 noyabr 2026-cı il tarixində təşkil olunacaq. Şagird nailiyyətlərinin mərkəzləşdirilmiş qaydada qiymətləndirilməsini nəzərdə tutan monitorinqdə 4500-dən artıq şagirdin iştirakı planlaşdırılır.

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaradılmış Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməklə keçiriləcək.

Şagirdlər monitorinqdə əhatə olunacaq mövzularla bu link vasitəsilə tanış ola bilərlər.

TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!
Son xəbərlərDaha çox