Azedu.az

D3 vitamininin qəbul vaxtı stresə təsirini dəyişə bilər

AzEdu Təhsil Platforması

11 Noyabr 2026, 09:13
D3 vitamininin qəbul vaxtı stresə təsirini dəyişə bilər

Siçanlar üzərində aparılan tədqiqat göstərib ki, D3 vitamininin xroniki stresin yaratdığı pozuntulara təsiri onun qəbul vaxtından asılı ola bilər.

AzEdu.az Lenta.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Tədqiqatçılar dörd həftə ərzində xroniki stresə məruz qalan siçanlara hər gün səhər və ya axşam D3 vitamini veriblər. Onlar heyvanların davranışını, sinir sisteminin vəziyyətini, yuxu müddətini və bioloji saatının fəaliyyətini qiymətləndiriblər.

Nəticələrə görə, D3 vitamini stresin yaratdığı pozuntuları azaltmağa kömək edib. Bu təsir vitamini axşam alan siçanlarda daha güclü olub. Həmin siçanlarda narahatlıq və depressiyaya bənzər davranış əlamətləri daha çox azalıb. Yaddaş və öyrənmə proseslərində iştirak edən beyin nahiyəsinin - hipokampusun vəziyyətində də yaxşılaşma müşahidə edilib.

D3 vitamininin axşam verilməsi yuxu müddətinin bərpasına, serotonin istehsalına və iltihabi proseslərin azalmasına da kömək edib.

Sonrakı təhlillər göstərib ki, müşahidə edilən müsbət təsir D3 vitamininin orqanizmin bioloji saatına təsiri ilə bağlı ola bilər. Belə ki, vitamini axşam alan siçanlarda qaraciyərdəki bəzi genlərin sutkalıq fəallıq ritmi daha yaxşı bərpa olunub.

Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!
Son xəbərlərDaha çox