Bu gün Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Bu gün münasibəti ilə rektorlarda öz "feysbuk" hesablarında paylaşım edib.
AzEdu.az rektorların paylaşımlarını təqdim edir:
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev:
"Dövlət Bayrağı Gününüz mübarək!"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:
"Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim".
Qarabağ Universitetinin rektoru Şahin Bayramov:
"9 Noyabr - Dövlət Bayrağı Günüdür!
Bayrağımız milli qürurumuzdur!
Bayrağımız daim ucalarda dalğalansın!"

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:
"Daim zirvələrdə dalğalan, üçrəngli Azərbaycan bayrağı!
9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək!"

Mingəçevir Dövlət Universitetinin rektoru (MDU) Anar Eminov:
"9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək!
Üçrəngli bayrağımız xalqımızın milli qürurunun, dövlət müstəqilliyimizin və birliyimizin rəmzi olaraq daim zirvələrdə dalğalansın!"
