Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
AzEdu.az DİM sədri Məleykə Abbaszadənin Dövlət Bayrağı Günü ilə bağlı rəsmi feysbuk hesabında paylaşdığı təbrik mesajını diqqətinizə çatdırır.
“Buraxınız, seyr edəyim, düşünəyim, oxşayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!”
Cəfər Cabbarlı
Bu misraları oxuyanda bir əsr əvvəl üçrəngli bayrağımıza baxan insanların nə hiss etdiyini düşünürəm. Onların böyük ümidlə qarşıladığı müstəqillik bu gün bizim həyatımızın bir parçasıdır.
İstəyirəm ki, gənclərimiz bayrağımıza baxanda onun tarixini də, o tarixi yaşadan insanların əməyi və fədakarlığını da xatırlasınlar. Bu tarixi onlara danışmaq bizim məsuliyyətimizdir.
Dövlət Bayrağı Günümüz mübarək!