Sumqayıtda bədbəxt hadisə baş verib.
AzEdu.az xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
2009-cu il təvəllüdlü T.Cəbrayılov dəm qazından zəhərlənib. Onun yaşadığı evin hamam otağında zəhərləndiyi bildirilir.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.