Qlobal təhsil platformalarında süni intellekt (AI) əsaslı "fərdiləşdirilmiş təlim" sistemlərinin tətbiqi sürətlə genişlənir. Son tədqiqatlar göstərir ki, dünya üzrə müəllimlərin 60 faizə qədəri gündəlik dərs prosesində və şagirdlərin qiymətləndirilməsində AI texnologiyalarından aktiv istifadə edir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt alətləri müəllimlərə hər bir şagirdin mənimsəmə səviyyəsini, zəif və güclü tərəflərini fərdi şəkildə analiz etməyə imkan yaradır.
Bu sistemlər sayəsində şagirdin çətinlik çəkdiyi mövzular anında müəyyən edilir və onun öyrənmə tempinə uyğun xüsusi tədris materialları hazırlanır.