Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi "Örnək müəllim" Səfura Əliyeva pedaqoji fəaliyyəti və təhsil sahəsindəki xidmətlərinə görə növbəti dəfə yüksək mükafata layiq görülüb.
AzEdu.az xəbər verir ki, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil naziri tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan müəllimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, Səfura Əliyeva 2023-cü ilin 5 Oktyabr Müəllimlər Günündə də Fəxri Fərmanla təltif edilmişdi. Bunlardan əlavə, o, müxtəlif illərdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin də Fəxri fərmanlarına layiq görülüb.