Azedu.az

Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq 

AzEdu Təhsil Platforması

6 Noyabr 2026, 14:00
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq 

“Hazırda peşə təhsili müəssisələrində 8 karyera məsləhəti mərkəzi fəaliyyət göstərir. Qarşıdakı illərdə bu mərkəzlərin sayının artırılması nəzərdə tutulur”.

AzEdu.az xəbər verir ki, bunu media nümayəndələrinə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib.

Onun sözlərinə görə, peşə təhsilinə müraciət edən gənclərin düzgün karyera istiqamətinə yönləndirilməsi məqsədilə bütün peşə təhsili müəssisələrində karyera məsləhəti mütəxəssisləri fəaliyyət göstərir.

İ.Bayramlı qeyd edib ki, peşəyönümü işinin təşkili çərçivəsində peşə təhsili müəssisələrində müxtəlif infoturlar və "Açıq qapı" günləri də keçirilir.

Agentlik direktoru “PeşəFest” festivalında peşə təhsili müəssisələrinin iştirakının genişləndiyini də diqqətə çatdırıb:

“Ölkə üzrə keçirilən festivalda ötən il 12, bu il isə 14 peşə təhsili müəssisəsi iştirak edib. Bu tədbirlər gənclərin öz maraq və bacarıqlarını daha yaxından tanımasına, müxtəlif peşələr haqqında məlumat əldə etməsinə və gələcək karyeralarını daha məqsədli şəkildə planlaşdırmasına imkan yaradır”.

İ.Bayramlı bildirib ki, “PeşəFest” festivalı peşə təhsilinin nüfuzunun artırılmasına, gənclərin peşə ixtisasları ilə yaxından tanış olmasına və ölkənin insan kapitalının inkişafına töhfə verir.

İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış
Son xəbərlərDaha çox