Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdışın təmin olunması üçün genişmiqyaslı quruculuq və abadlıq işlərinə start verilib.
Bu tarixi prosesin ən mühüm tərkib hissələrindən biri kimi, Şərqi Zəngəzur Region Təhsil İdarəsinin əhatə etdiyi ərazilərdə də müasir təhsil infrastrukturunun qurulması istiqamətində misilsiz layihələr həyata keçirilir.
Maraqlıdır, Şərqi Zəngəzurda təhsil istiqamətində hansı abadlıq işləri aparılıb?
AzEdu.az mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, hazırda region üzrə 8 məktəb və 5 bağça fəaliyyət göstərir. Məktəblərdə təhsil alan 1491 şagirdin təlim-tərbiyəsi ilə 193 təhsilverən məşğul olur.
Məktəbəqədər təhsil müəssisələrində isə 169 uşaq tərbiyə alır ki, onların təlim-tərbiyəsi 21 tərbiyəçi-müəllimə həvalə edilib.
Bundan əlavə, məktəbəhazırlıq qruplarında 98 uşaq təhsilə cəlb olunub.