Azedu.az

Kəlbəcər məktəbinin yeganə məzunu tələbə OLDU

Şərqi Zəngəzur

24 Avqust 2026, 19:50
Kəlbəcər məktəbinin yeganə məzunu tələbə OLDU

İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən ilk təhsil müəssisəsi olan Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və yeganə məzunu Atakişiyeva Nəzrin Seyfəddin qızı tələbə adını qazanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.

Beləliklə, Kəlbəcər şəhərində fəaliyyət göstərən məktəbin ilk məzunu ali məktəbə qəbul olaraq tələbə adını qazanıb.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox