Azedu.az

Metro "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

AzEdu Təhsil Platforması

20 Oktyabr 2026, 10:39
Metro "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında "Sabah" FK-nın növbəti qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.

Bu barədə AzEdu.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, stadionun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox