Azedu.az

Bu marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilir

AzEdu Təhsil Platforması

19 Oktyabr 2026, 13:37
Bu marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilir

Bakının Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatı vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə AzEdu.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti olaraq Yavər Əliyev küçəsində təyin edilib.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox