Azedu.az

Uşaq bağçasında dəhşət: Direktor ömürlük həbs olundu

Hadisə

19 Oktyabr 2026, 08:47
Uşaq bağçasında dəhşət: Direktor ömürlük həbs olundu

Çinin Tyansuy şəhərində uşaq bağçasının keçmiş direktoru uşaqları qurğuşunla zəhərlədiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

AzEdu.az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, iş üzrə digər şəxslərə də hökm oxunub.

Uşaq bağçasının icraçı direktoru 15 il müddətinə azadlıqdan məhrum edilib və 300 min yuan (44 900 dollar) məbləğində cərimələnib. Müəssisənin daha dörd əməkdaşı isə 6 ildən 8 ilədək həbs cəzası alıb.

Məhkumlar xüsusilə ağırlaşdırıcı hallarda zəhərli və zərərli qida məhsullarının istehsalı və satışı ilə bağlı təqsirli biliniblər.

İstintaqın məlumatına görə, uşaq bağçasının rəhbərliyi mətbəx işçilərinə rəsm çəkmək üçün istifadə olunan boyalar almağı tapşırıb. Boyalar unla qarışdırılaraq üçrəngli xurma kekslərinin və kolbasalı qarğıdalı ruletlərinin hazırlanmasında istifadə edilib. Bu addım uşaq bağçasının yeməklərini daha cəlbedici göstərmək məqsədi daşıyıb.

2024-cü ilin mayından etibarən həmin yeməklər uşaq bağçasının uşaqlarına və əməkdaşlarına ayda orta hesabla altı dəfə təqdim edilib.

Laboratoriya araşdırmalarının nəticələrinə görə, boyalardan istifadə edilməklə hazırlanan yeməklərdə qurğuşunun miqdarı icazə verilən normadan 2 680 dəfə çox olub.

Müəyyən edilib ki, müəssisənin 28 əməkdaşında və 251 uşaqdan 247-də qanda qurğuşunun səviyyəsi yüksəlib.

Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində
Son xəbərlərDaha çox