Böyük Britaniyanın Mançester Universiteti Hindistanın Benqaluru şəhərində təhsil, elmi tədqiqat və innovasiya mərkəzi yaratmağı planlaşdırır.
AzEdu.az xəbər verir ki, universitetin oktyabrın 15-də açıqladığı məlumata görə, yeni mərkəz tələbələr, tədqiqatçılar və biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Mərkəz vasitəsilə tələbələr sənaye layihələrində iştirak etmək, təcrübə proqramlarına qoşulmaq və iş yerlərində praktiki biliklər qazanmaq imkanları əldə edə biləcəklər.
Universitet Hindistanda “Reliance”, “Tata” və “Infosys” kimi şirkətlərlə mövcud əməkdaşlığını genişləndirməyi də hədəfləyir.
Benqaluru şəhəri ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və texnologiya şirkətlərinin çoxluğu səbəbindən yeni mərkəz üçün üstünlük verilən məkan seçilib.
Mərkəzin açılış tarixi ilə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.