Azedu.az

16 yaşlı oğlanın gözündən diş çıxdı

Maraqlı

17 Oktyabr 2026, 14:05
16 yaşlı oğlanın gözündən diş çıxdı

Hindistanda həkimlər nadir tibbi halla qarşılaşıblar. Sol göz qapağında şişkinlik şikayəti ilə xəstəxanaya müraciət edən 16 yaşlı oğlanın göz yuvasında tam inkişaf etmiş köpək dişi aşkarlanıb.

AzEdu.az xəbər verir ki, müayinə zamanı onun göz qapağındakı şişkinliyin səbəbinin diş olduğu müəyyən edilib.

Kompüter tomoqrafiyası (KT) müayinəsi dişin tac və kök hissələrinin göz yuvasının yuxarı nahiyəsində yerləşdiyini göstərib.

Aravind Göz Xəstəxanasında aparılan əməliyyatla diş uğurla çıxarılıb. Həkimlər bunun tibbi ədəbiyyatda göz yuvasının yuxarı hissəsində aşkarlanan ilk və yeganə ektopik diş halı olduğunu bildiriblər.

Ektopik diş normal yerləşməli olduğu nahiyədən kənarda inkişaf edən dişə deyilir. Həkimlər çıxarılan toxumanın saç, sümük və diş toxumaları ehtiva edə bilən teratoma tipli şiş olmadığını da müəyyən ediblər.

Adətən, çənə sinusunda rast gəlinən bu nadir inkişaf pozuntusunun təkrarlanma ehtimalının aşağı olduğu bildirilir. Əməliyyatdan sonra yeniyetmənin səhhətinin yaxşı olduğu qeyd edilib.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox