Azedu.az

Prezident təqaüdçüləri - “Çəkdiyim zəhmətin bəhrəsini aldım”

Müsahibə və reportajlar

17 Oktyabr 2026, 10:38
Prezident təqaüdçüləri - “Çəkdiyim zəhmətin bəhrəsini aldım”

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident təqaüdünə 102 tələbə layiq görülüb.

AzEdu.az Prezident təqaüdçüləri ilə həmsöhbət olub.

Prezident təqaüdçüləri sırasında yer alan Fidan Hüseynzadə 690 bal toplayaraq ADA Universitetinin Hüquq fakültəsinə qəbul olub.

191344

Nəticəmi bildiyim üçün Prezident təqaüdçüsü olacağımı gözləyirdim, amma bu xəbəri eşitmək və həmin hissləri yaşamaq yenə də çox xoş idi:

"Əlbəttə, bu təqaüdə layiq görülmək hər şeydən öncə çox böyük qürurdur. Bu yolda çəkdiyim zəhmətlərin bəhrəsini almaq çox sevindiricidir. Mənim üzərimdə əməyi olan məktəb və repetitor müəllimlərimə, eləcə də valideynimə sonsuz təşəkkür edirəm. 

Nəticəmi bildiyim üçün bunu gözləyirdim, amma yenə də həmin hissləri yaşamaq çox xoş idi. İmtahana hazırlaşarkən toplayacağım balla bağlı dəqiq hədəfim yox idi, sadəcə, hüquqşünaslıq ixtisasına qəbul olmağı qarşıma məqsəd qoymuşdum.

Hazırda ADA Universitetində hüquq ixtisası üzrə təhsil almaq da mənim üçün böyük qürur mənbəyidir. Artıq universitet həyatına uyğunlaşmışam. Universitet mühiti məktəbdən, xüsusilə də dərslərin ağırlığı və tədris metodikası baxımından fərqlənir. Gələcək hədəfim öz ixtisasım üzrə zəruri meyarlara cavab verən hüquqşünas kimi fəaliyyət göstərməkdir". 

Prezident təqaüdçülərindən biri də Azərbycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə ixtisasına 659 balla qəbul olan Xəyal Xasməmmədlidir.

Gələcəkdə ixtisasım üzrə uğur qazanacağıma inanıram:

"İlk növbədə, bütün prezident təqaüdçülərini təbrik edirəm. Prezident təqaüdünə layiq görülmək, əlbəttə, çox gözəl hissdir. 

Xəbəri eşidən zaman bu xoş anı ailə üzvlərimlə bölüşdüm. Sözsüz ki, ailəm də xəbəri böyük sevinc hissi ilə qarşıladı. Onların xoşbəxtliyini görmək məni daha da qürurlandırdı. Mənim üçün bu uğuru ailəmlə birlikdə qeyd etmək xüsusi əhəmiyyət daşıyır.

Hazırlıq prosesində ən çox üstünlük verdiyim üsullardan biri keçdiyim mövzuları təkrarlamaq idi. Öyrəndiklərimi yenidən nəzərdən keçirmək biliklərimi möhkəmləndirməyə və mövzuları daha yaxşı mənimsəməyə kömək edirdi.

İxtisas seçimi tamamilə öz istəyimlə olub. Seçdiyim sahədə təhsil almaq mənim üçün vacib idi və gələcəkdə də ixtisasım üzrə uğurlar qazanacağıma inanıram.

Yüksək nəticə göstərmək istəyən abituriyentlərə məsləhətim odur ki, çalışqan və səbirli olsunlar. Hazırlıq prosesində qarşılarına çıxan çətinliklərə baxmayaraq, məqsədlərindən uzaqlaşmasınlar və öz üzərlərində davamlı işləsinlər".

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox