Cənubi Koreyada iki nəfərin universitetə qəbul imtahanı zamanı süni intellekt dəstəkli eynəklərdən istifadə etdiyi aşkarlanıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisələrdən biri paytaxt Seulun qərbində yerləşən Yonsei Universitetində baş verib. İmtahan verən tələbələrdən biri imtahandan əvvəl taxdığı adi eynəyi süni intellekt dəstəkli eynəklə əvəz edib.
Nəzarətçilər vəziyyəti aşkar etdikdən sonra tələbə bunu etiraf edib. Universitet rəhbərliyi onunla bağlı görüləcək tədbirləri müzakirə edir.
Digər hadisə isə Seul Universitetində qeydə alınıb. Süni intellekt dəstəkli eynəklərdən istifadə edən tələbə imtahan zalından çıxarılıb və onun növbəti üç il ərzində universitetin qəbul imtahanlarında iştirakına qadağa qoyulub.