Azedu.az

Buraxılış imtahanlarının vaxtı nə zaman açıqlanacaq? - DİM-dən CAVAB

Dövlət İmtahan Mərkəzi

14 Oktyabr 2026, 09:45
Buraxılış imtahanlarının vaxtı nə zaman açıqlanacaq? - DİM-dən CAVAB

Sosial şəbəkələrdə bu il keçiriləcək buraxılış imtahanlarının vaxtı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İmtahanların hansı aya təsadüf edəcəyi abituriyentlər və şagirdlər arasında maraq doğurur.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, buraxılış imtahanlarının keçirilmə vaxtı müvafiq ilin əvvəlində müəyyən olunacaq.

Qeyd edək ki, 2026-cı ildə XI siniflər üzrə buraxılış imtahanı ilk olaraq 9 mart tarixində keçirilib.

İmtahanın növbəti mərhələsi isə 15 mart tarixində təşkil olunub.

ŞOK GÖRÜNTÜLƏR Türkiyədə Bakıya etirazlar - Küçələrə axışdılar!
Son xəbərlərDaha çox